cümə 3 iyul 2026 - 19:24
Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi «ümmət» ilə «imamət» arasındakı qırılmaz bağlılığın təcəssümüdür

Hövzə | Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsi yaydığı bəyanatda İran İslam Respublikasının şəhid rəhbəri, Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində geniş iştirakın, xalqın vilayətə sədaqətinin və «ümmət» ilə «imamət» arasında qırılmaz bağlılığın parlaq təzahürü olduğunu vurğulayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin İslami Təbliğat İdarəsi yaydığı bəyanatda şəhid Ayətullah Seyid Əli Xameneinin əziz xatirəsini ehtiramla yad edərək, İslam ümmətini, o cümlədən dini təhsil ocaqlarının ustad və tələbələrini İran İslam Respublikasının sabiq Ali Məqamlı Rəhbərinin dəfn və vida mərasimində iştirak etməyə çağırıb. Bəyanatda vurğulanıb ki, bu iştirak şəhid Ayətullah Seyid Əli Xameneinin uca məqamına ehtiramın ifadəsi olmaqla yanaşı, imamətə, vilayətə və İslam İnqilabının ali ideallarına sədaqətin bir daha nümayiş etdirilməsi, «ümmət» ilə «imamət» arasında qırılmaz bağlılığın təcəssümü, həmçinin İran İslam Respublikasının gücünün, eləcə də İran xalqının birlik, bəsirət, ümid və müqavimət ruhunun dünya ictimaiyyətinə çatdırılması olacaq.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

Budur! Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır.
Həcc surəsi, 32-ci ayə


Vilayət diyarı və möhtəşəm İslam İnqilabının beşiyi olan İran İslam Respublikası bu günlərdə böyük alim və fəqih, şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsini dərin hüzn və böyük ehtiramla qarşılayır. Müdrik və uzaqgörən İran xalqı Allahın saleh bəndəsinin möhtəşəm dəfn və vida mərasimlərində sevgi, sədaqət və bəsirətlə dolu vida ilə bir daha tarixə həkk olunacaq qəhrəmanlıq səhnəsi yaradacaq.

Bu dəfn mərasimi yalnız dini bir rəhbərlə vida mərasimi deyil. Əksinə, bu mərasim dini demokratiyanın canlı təcəssümü və ömrünü xalqın tərbiyəsinə, maarifləndirilməsinə və onların meydanda iştirakına həsr etmiş şəhid Ayətullah Seyid Əli Xameneinin yetişdirdiyi ümmətin dirçəlişinin parlaq nümayişidir. Bu gün iman, mərifət və şüurlu seçimlə meydana çıxan xalq imamət və vilayət yolunun davamına sarsılmaz sədaqətini bəyan edərək göstərir ki, «ümmət» ilə «imamət» arasındakı bağlılıq hələ də möhkəm, canlı və ilhamverici olaraq qalmaqdadır.

İran xalqının şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn və vida mərasimlərində geniş iştirakı böyük bir mücahid qarşısında mənəvi borcun yerinə yetirilməsi ilə yanaşı, İran İslam Respublikasının imperialist cəbhəsinə, o cümlədən cinayətkar Amerikaya, qaniçən sionist rejiminə və bu xalqın digər düşmənlərinə qarşı misilsiz güc nümayişi olacaq. Bu böyük iştirak düşmənlərin bütün hesablamalarını yenidən alt-üst edərək bir daha sübut edəcək ki, İslam İnqilabının ən böyük sərvəti vilayətin dayağı, İran İslam Respublikasının izzət, azadlıq və qüdrətini qoruyan imanlı, müdrik və uzaqgörən xalqdır.

Bu gün müdrik və uzaqgörən rəhbər, şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə əlaqədar İslam ümmətinin qəlbləri dərin hüzn içində olduğu bir vaxtda, Qum Elm hövzəsinin İslami Təbliğat İdarəsi böyük İslam alimlərini, elm hövzələri və digər hövzə qurumları ilə birlikdə İran xalqını, xüsusilə ruhaniləri, nüfuzlu şəxsləri, müəllimləri və elm adamlarını şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn və vida mərasimlərində geniş şəkildə iştirak etməyə dəvət edir. Bəyanatda bildirilir ki, bu iştirakla xalq həm şəhid Ayətullah Seyid Əli Xameneinin uca məqamını ehtiramla yad edəcək, həm də mərhum İmam Xomeyninin (r), şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin ali ideallarına sadiqliyini bir daha nümayiş etdirərək dünya ictimaiyyətinə İran xalqının birlik, qüdrət, ümid və müqavimət mesajını çatdıracaq.

Qum şəhəri, İslami Təbliğat İdarəsi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha